Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

15 İslam ölkəsi İrana qarşı birləşir - Yeni ittifaq quruldu

15 İslam ölkəsi İrana qarşı birləşir - Yeni ittifaq quruldu
15 ölkə Qırmızı dəniz və Ədən körfəzində fəaliyyət göstərəcək çoxmillətli dəniz müdafiə koalisiyası yaratmaq üçün bir araya gəlib.

Bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 15 ölkə koalisiyanın yaradılması ilə bağlı bəyanatı imzalayıb, onlardan 13-ü isə artıq rəsmi şəkildə təşəbbüsə qoşulub. Yeni koalisiyanın fəaliyyət dairəsinə Babül-Məndəb boğazı, Qırmızı dəniz və Ədən körfəzi daxil olacaq.

Koalisiyaya komandanlığın Səudiyyə Ərəbistanı nümayəndəsi tərəfindən həyata keçirilməsi, onun müavini vəzifəsinin isə Pakistan nümayəndəsinə həvalə olunması planlaşdırılır.

Yeni təşəbbüsün əsas məqsədləri arasında regionda dəniz təhlükəsizliyinin gücləndirilməsi, strateji su yollarında sabitliyin təmin edilməsi və mümkün təhlükələrə qarşı birgə fəaliyyətin təşkili göstərilir.

Koalisiyanın yaradılması Yaxın Şərqdə hərbi-siyasi gərginliyin davam etdiyi bir dövrə təsadüf edir. Təşəbbüsün İranla bağlı regional təhlükəsizlik məsələləri fonunda meydana çıxması diqqət çəkir. Koalisiyanın əsas üzvlərinin ərəb ölkələri olacağı qeyd edilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də