Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dünyanın ən hündür yolu açıldı - Hətta Everesti də üstələyir

Hindistan Ladakh bölgəsində yerləşən Mig La keçidində dəniz səviyyəsindən 5 913 metr yüksəklikdə avtomobillərin hərəkəti üçün nəzərdə tutulan dünyanın ən yüksək yolunu tamamlayıb.

Likaru–Mig La–Fukche marşrutu üzərində inşa edilən yol Hindistan Sərhəd Yolları Təşkilatının “Project Himank” layihəsi çərçivəsində salınıb. İşlərin 2025-ci ilin oktyabrında başa çatdığı bildirilir.

Yeni yol 2022-ci ildə Hindistanın Umling La keçidində qeydə aldığı 5 798 metrlik rekorddan daha yüksəkdə yerləşir. Beləliklə, ölkə dünyanın ən yüksək avtomobil yoluna dair əvvəlki rekordunu yeniləyib.

Yolun yerləşdiyi ərazi olduqca sərt iqlim şəraiti ilə seçilir. Burada oksigen səviyyəsinin aşağı, temperaturun isə kəskin soyuq olduğu bildirilir. Marşrut həmçinin Himalay dağlarında Everestin Nepal və Tibet tərəflərində yerləşən əsas düşərgələrindən daha yüksək nöqtəyə çatır.

Yeni nəqliyyat dəhlizinin strateji əhəmiyyəti də var. Marşrut Hindistan və Çin arasında faktiki nəzarət xəttinə yaxın yerləşən Fukçe kəndi və ətraf sərhəd ərazilərinə əlavə çıxış imkanı yaradır. Yolun bölgədə logistikanı gücləndirməsi və sərhəd ərazilərinə nəqliyyat imkanlarını yaxşılaşdırması gözlənilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də