Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Medvedev rusiyalı gəncləri təhqir etdi

Medvedev rusiyalı gəncləri təhqir etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkədəki proseslərə münasibətdə hakimiyyətin mövqeyini bölüşməyən bəzi gəncləri sərt ifadələrlə tənqid edib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Medvedev çıxışında ölkənin “çox mürəkkəb, dramatik dövr” yaşadığını bildirib. O, gənclər arasında vətəndaş mövqeyi ilə bağlı onu təəccübləndirən şəxslərin olduğunu deyib.

Siyasətçi belə gənclərin bir çoxunda “beyinlə bağlı problemlər” olduğunu iddia edib və onları “axmaqlar” adlandırıb.

Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, çox sayda gənc xarici amillərin təsiri altına düşür, “qəpik-quruş pullara və vədlərə uyur” və ölkədə, eləcə də dünyada baş verən hadisələrlə bağlı müxalif mövqelərini öz çevrələrində nümayiş etdirirlər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də