Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rus fenomen Qazaxıstandan qovuldu

Rus fenomen Qazaxıstandan qovuldu

Rusiyalı internet fenomeni, sosial şəbəkələrdə "Fasoollka" təxəllüsü ilə tanınan Kseniya Quzayeva Qazaxıstandan deportasiya edilib. 

Onun deportasiya edilməsinə canlı yayımlar zamanı səsləndirdiyi “təxribat xarakterli fikirlər” səbəb olub.

Belə ki, Quzayeva canlı yayım zamanı Qazaxıstanı təhqiramiz ifadə ilə “Ştrafostan” adlandırıb və Pavlodarın Rusiya şəhəri olduğunu bildirib.

Bundan başqa, onun Qazaxıstanın qadınları ilə bağlı da təhqiramiz ifadələr işlətdiyi bildirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də