
Azərbaycanda yaşa görə pensiya alan şəxslərin 105 mindən çoxu əmək fəaliyyətini davam etdirir.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2026-cı il aprelin 1-i vəziyyətinə yaşa görə pensiya alan pensiyaçılardan işləyənlərin sayı 105 min nəfərdən çox olub.
Komitənin təqdim etdiyi digər statistikaya əsasən, 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkədə 65 yaş və yuxarı 57 374 nəfər xidmət sahəsində çalışıb.
Onlardan 38 562 nəfəri 65-69, 14 905 nəfəri 70-74, 3 907 nəfəri isə 75 yaş və yuxarı yaş qrupuna aid olub.
Yaşlı əməkçilərin fəaliyyət sahələri üzrə bölgüsündə digər xidmət sahələri ilk yerdə qərarlaşıb. Bu istiqamətdə 20 894 nəfər çalışıb. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 16 659, təhsil sahəsində 14 079, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə 5 742 nəfər 65 yaş və yuxarı şəxs əmək fəaliyyətini davam etdirib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin əvvəlinə Azərbaycanda ümumilikdə 1 milyon 98,9 min pensiyaçı qeydiyyatda olub. Onların 711,8 min nəfərini yaşa görə pensiya alanlar təşkil edib.


