Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

Ermənistanda dövlət büdcəsinn vəsaiti hesabına Kəlbəcərlə sərhədə yaxın ərazidən keçən M-10 avtomobil yolunun 9 kilometrlik hissəsinin yenidən qurulmasına başlanılıb.

Söhbət Sevan-Martuni-Basarkeçər (Vardenis)-Ermənistan sərhədi istiqamətində uzanan M-10 avtomagistralının Basarkeçər bölgəsindən keçən hissəsindən gedir.

Məlumata görə, yolun yenidən qurulması işləri Ermənistanın dövlət büdcəsi hesabına həyata keçirilir.

Hazırda magistralın yenidən qurulan hissəsində asfalt-beton örtüyünün salınmasına da başlanılıb.

Qeyd edək ki, Basarkeçər rayonu Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə yerləşir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də