Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Putin Qərbə cavabın necə olacağını açıqladı

Putin Qərbə cavabın necə olacağını açıqladı

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiya ticarət gəmilərini ələ keçirməsi halında Moskvanın buna “güzgü” prinsipi ilə cavab verəcəyini bildirib.

Putin Qərb ölkələrinin beynəlxalq hüququ pozaraq Rusiya gəmilərinin hərəkətini məhdudlaşdırmağa çalışdığını və bunu “piratlıq və quldurluq” hesab etdiyini deyib.

Rusiya liderinin sözlərinə görə, belə addımlar praktikada həyata keçirilərsə, Moskva cavab tədbirləri görəcək.

Putin bildirib ki, Rusiyanın cavabı mütləq Rusiya gəmilərinə qarşı müdaxilələrin baş verdiyi sularda olmayacaq. O, Moskvanın uyğun hesab etdiyi istənilən ərazidə, o cümlədən Sakit okeanda cavab verə biləcəyini deyib.

Qeyd edək ki, Putin daha əvvəl də Rusiya ticarət donanmasına qarşı mümkün ələ keçirmə cəhdlərinə beynəlxalq dəniz hüququ çərçivəsində, lakin qətiyyətlə cavab verilməli olduğunu bildirmişdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də