Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Elçin Mirzəbəyli: “Ceyhun Bayramov artıq bir sıra stereotipləri dağıdıb”






İyulun ortalarında Xarici İşlər naziri təyin olunan Ceyhun Bayramov bu statusda ikinci rəsmi səfərini Rusiyaya edəcək. Bu barədə mətbuata Nazirliyin sözçüsü Leyla Abdullayeva bildirib və deyib ki, səfər avqustun 26-da başlayacaq.

Məlum olduğu kimi, XİN başçısı ilk olaraq Türkiyəyə səfər etmiş. Həmin səfər zamanı Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və onunla birlikdə Ankaraya gedən Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşmüşdü.

Ermənistan-Azərbaycan sərhədində baş verənlər, həmçinin Bakı ilə Ankara arasında yüksək səviyyəli əməkdaşlıqlar fonunda bu səfər və görüş, səslənən bəyanatlar çox ciddi reaksiyalar doğurmuşdu. Məhz bundan sonra Moskvadan C.Məmmədova səfər dəvətinin gəlməsi də böyük marağa səbəb oldu.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da öz növbəsində bildirib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun dəvəti ilə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 26-da Rusiyaya rəsmi səfər edəcək. O qeyd edib ki, iki ölkənin xarici işlər nazirinin görüşü zaman ikitərəfli əlaqələrlə bağlı geniş-spektrli məsələlərin, o cümlədən regional və beynəlxalq gündəmin müzakirə edilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycan XİN rəhbərinin Rusiya hökumətində və Federal Məclisində görüşləri də planlaşdırılır.

Maraqlıdır, C.Bayramovun səfərindən nələr gözləmək olar? XİN başçısı Rusiya ilə münasibətlərdə, Qarabağ məsələsində sələfi Elmar Məmmədyarovdan qalma stereotipləri dağıda biləcəkmi?

Mirzəbəyli: “İraq ordusu sadəcə Kərküklə kifayətlənməyəcək”
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, Azərbaycan xarici işlər nazirlərinin ilk səfərlərini Türkiyəyə, daha sonra isə Rusiyaya etmələri ənənə halını alıb: “Çox güman ki, bu da Azərbaycanın xarici siyasətində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərində hər iki ölkənin prioritet yerdə dayanması ilə bağlıdır. Görüşün daha çox tanışlıq xarakteri daşıyacağını düşünürəm və bu baxımdan hansısa ciddi mesajların veriləcəyini gözləmirəm. Ceyhun Bayramovun təkcə işğal altında olan Azərbaycan əraziləri ilə bağlı deyil, ölkəmizin xarici siyasətinin bütün istiqamətləri əhatə edən diplomatik münasibətlərdə, artıq bir sıra stereotipləri dağıtdığını düşünürəm”.

E.Mirzəbəyli XİN başçısı ilə bağlı gözləntilərini də bölüşdü: “Hesab edirəm ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbərləri də Ceyhun Məmmədovun timsalında müstəqil, suveren və müasir Azərbaycanı təmsil edən diplomatın obrazını görə biləcəklər. Azərbaycan artıq postsovet ölkəsi deyil və təbii ki, ölkəmizin idarəçilik sistemini ”postsovetizm"dən təmizləmək lazımdır. Müstəqil, suveren Azərbaycan üçün Rusiya yaxın, böyük qonşudur və bu ölkə ilə münasibətlərə də məzh bu kontekstdən yanaşmaq lazımdır".

“Mən elə əvvəlcədən proqnozlaşdırırdım ki, yeni  Xarici İşlər naziri Ceyhun Bayramov strateji müttəfiqliyin ruhuna uyğun olaraq ilk xarici səfərini Türkiyəyə edəcək. Bu, dövlət başçısı İlham Əliyevin siyasətinə də uyğundur. Ölkə başçısı hər dəfə deyir ki, dünyada Türkiyə və Azərbaycan kimi bir-birinə belə bağlı olan iki dövlət tapmaq çox çətindir. Digər proqnozum beləydi ki, növbəti səfər Moskvaya olacaq. Çünki Rusiya XİN-in də dəvəti var idi”.

Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri “Yeni Müsavat”a bildirdi.

Siyasi ekspert hesab edir ki, Rusiyaya səfər zamanı Ceyhun Bayramov Lavrovla görüşündə bir sıra məsələləri qaldırmalıdır: “Yəni bəziləri deyir Rusiya böyük ölkədir, qonşudur, onu qəzəbləndirmək olmaz. Amma əgər bir ölkə ki, işğalçını silahlandırır, ona tonlarla silah daşıyır və paralel şəkildə həm də vasitəçi olmaq istəyirsə, bu, artıq ziddiyyət təşkil edir. Ona görə də Lavrovun diqqətinə çatdırılmalıdır ki, əgər Rusiya vasitəçiliyini davam etdirmək istəyirsə, o halda işğalçıya hərbi dəstəkdən vaz keçməlidir”.

Politoloq qeyd etdi ki, Moskvanın İrəvana hərbi dəstəkdən imtina edəcəyinə inanmır, amma istənilən halda, Ceyhun Bayramov Azərbaycanın etirazını rusiyalı həmkarının diqqətinə çatdırmalıdır: “Həmçinin birgə mətbuat konfransında da əgər ona belə bir sual verilərsə, bu məsələni çılpaqlığı ilə ortaya qoymalıdır. Elə olmamalıdır ki, Elmar Məmmədyarovun səfəri kimi ”hər şeydən razıyıq", “strateji tərəfdaşlıq davam edir” tipli açıqlamalarla kifayətlənsin. Biz anlamalıyıq ki, Ermənistana silah daşıyan dövlət indiki halda Azərbaycanın strateji tərəfdaşı sayıla bilməz. Odur ki, məsələ qaldırılmalıdır, Rusiya vasitəçi olmaq istəyirsə, Ermənistanla münasibətlərə göz gəzdirməlidir".

Politoloq hesab edir ki, bu səfərin sıradan bir səfər olacağını gözləyir: “Rusiyanın siyasətində də əslində dəyişən bir şey olmayacaq. Amma yenə təkrar edirəm, istənilən halda, Ceyhun Bayramovun Moskva səfəri və Lavrovla görüşünün, Elmar Məmmədyarovun səfər və görüşlərindən fərqlənməsi üçün zəruri məsələlər ciddi şəkildə masa üzərində qoyulmalıdır. Yoxsa sıradan bir səfər olacaqsa, ”güllü gülüstanlıq" kimi fikirlər səslənəcəksə, onda Rusiyanın Ermənistana hərbi dəstək siyasəti də davam edəcək, aparılam danışıqlar da heç bir nəticə verməyəcək. Lavrov indi yenidən danışıqların bərpasını istəyir. Amma bu, bizim maraqlarımıza cavab vermir, bunu dövlət başçısı İlham Əliyev də dəfələrlə vurğulayıb. Ceyhun Bayramov Lavrovun diqqətinə onu da çatdırmalıdır ki, ermənilər Dağlıq Qarabağın ətrafındakı rayonları boşaltmağa hazır olmayınca, danışıqlar heç bir nəticə verməyəcək”.

Rusiya XİN rəhbəri Sergey Lavrovun son açıqlamaları ondan xəbər verir ki, o, azərbaycanlı həmkarı ilə görüşdə daha çox tərəfləri danışıqlar masasına qaytarmaq üçün israr nümayiş etdirəcək. Yəni mənasız və nəticəsiz danışıqlara...(musavat.com)

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də