Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü saxlanıldı

Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü saxlanıldı

Türkiyədə 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd cəhdində iştirak edən və 10 il ərzində axtarışda olan "Fətullahçı" Terror Təşkilatının (FETÖ) üzvü Ayşe Alanur Karatepenin saxlanılması ilə bağlı araşdırma başa çatıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, A. Karatepe Muğlanın Bodrum rayonunda saxlanılıb.

Bildirilib ki, istintaq-əməliyyat tədbirləri başa çatıb.

Şübhəli şəxs polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilib.

Xatırladaq ki, A. Karatepenin qardaşı prezidentə sui-qəsd qrupunda yer aldığı bildirilən Burkay Karatepe avqustun 5-də saxlanılıb. O, Muğlada məhkəmə qarşısına çıxarılaraq həbs edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də