
2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə ixtisaslara ayrılan plan yerləri məlum olub.
“Abituriyent” jurnalının 4-cü nömrəsində dərc olunan qəbul planı əsasında Qarabağ Universitetində ixtisaslar üzrə ayrılan plan yerlərini təhlil edib.
I ixtisas qrupu
Qarabağ Universitetində Fizika müəllimliyi üzrə 30, Riyaziyyat müəllimliyi üzrə 60 plan yeri ayrılıb.
Tədrisi ingilis dilində Riyaziyyat üzrə 30, Data analitikası üzrə 30, İnformasiya təhlükəsizliyi üzrə 25, Kompüter mühəndisliyi üzrə 40 plan yeri nəzərdə tutulub.
Tədrisi ingilis dilində Elektrik və elektronika mühəndisliyi, İnşaat mühəndisliyi, Kimya mühəndisliyi və Mexanika mühəndisliyinin hər biri üzrə 25 plan yeri ayrılıb.
II ixtisas qrupu
Coğrafiya müəllimliyi, Dövlət və bələdiyyə idarəetməsi və Menecment ixtisaslarının hər biri üzrə 30, Turizm işinin təşkili üzrə isə 40 plan yeri ayrılıb.
Tədrisi ingilis dilində Beynəlxalq ticarət və logistika üzrə 30, Biznesin idarə edilməsi üzrə 25, İqtisadiyyat üzrə 30, Maliyyə üzrə 30, Mühasibat üzrə 25 plan yeri nəzərdə tutulub.
IV ixtisas qrupu
Biologiya müəllimliyi, Kimya müəllimliyi və Psixologiya ixtisaslarının hər biri üzrə 30 plan yeri ayrılıb.
Əczaçılıq üzrə 24, Tibb bacısı (qardaşı) işi üzrə 36, Stomatologiya üzrə 24, Tibb ixtisası üzrə isə 72 plan yeri müəyyənləşdirilib.
Tədrisi ingilis dilində Biologiya və Kimya ixtisaslarının hər biri üzrə 20 plan yeri nəzərdə tutulub.
V ixtisas qrupu
Musiqi müəllimliyi üzrə iki proqramın hər birinə 10 plan yeri ayrılıb. Bunlardan biri fortepiano, digəri isə müxtəlif musiqi alətləri üzrə hazırlığı əhatə edir.
Bəstəkarlıq üzrə 2, Dekorativ-tətbiqi sənət üzrə 10, Dirijorluq üzrə 5, Dizayn üzrə 40 plan yeri ayrılıb.
İnstrumental ifaçılıq üzrə ayrı-ayrı proqramlarda 10, 15 və 15 yer, Musiqişünaslıq üzrə 5, Rəngkarlıq üzrə 10, Vokal sənətinin xanəndəlik istiqaməti üzrə 5, akademik vokal istiqaməti üzrə isə 5 plan yeri nəzərdə tutulub.


