
Tatarıstanın Nijnekamsk şəhərinə edilən PUA hücumu nəticəsində 12 nəfərin öldüyü, 39 nəfərin yaralandığı bildirilir.
Bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Nijnekamsk şəhərinin meri Radmir Belyayev bildirib ki, kütləvi PUA hücumu həm sənaye, həm də mülki obyektlərə olub.
“İnterfaks”ın məlumatına əsasən, bazar ertəsi Tatarıstanın Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə PUA hücumu nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.
Hücumun nəticələri ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.


