Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fidan: "Hörmüz boğazının bağlanması Türkiyənin enerji təchizatına birbaşa təsir göstərməyib"

Fidan: "Hörmüz boğazının bağlanması Türkiyənin enerji təchizatına birbaşa təsir göstərməyib"

"Hörmüz boğazının bağlanması Türkiyənin enerji təchizatına birbaşa təsir göstərməyib".

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyinə müsahibəsində bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə, Ankara illər əvvəl alternativ enerji marşrutları yaradıb və buna görə də Hörmüz boğazının bağlanması Türkiyəyə enerji daşıyıcılarının tədarükünə birbaşa təsir göstərməyib.

“Elə ölkələr var ki, maliyyə imkanları olsa da, enerji daşıyıcılarını ala bilmirlər. Biz bunun yalnız iqtisadi təsirini hiss edirik. Lakin Qırmızı dənizdən keçən marşrutların bağlanması bizə birbaşa zərər vurur”, — Fidan bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də