Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Simonyan deputatları təbrik etdi, Paşinyanın adını çəkmədi

Simonyan deputatları təbrik etdi, Paşinyanın adını çəkmədi

Ermənistan parlamentinin sabiq sədri Alen Simonyan IX çağırış Milli Assambleyanın deputatlarını və yeni rəhbərliyini təbrik edib.

Simonyan bununla bağlı sosial şəbəkədə paylaşım edib.

O, paylaşımında IX çağırış Milli Assambleyanın deputatlarını, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasındakı keçmiş həmkarlarını və parlamentin yeni rəhbərliyini seçilmələri münasibətilə təbrik edib.

“Onlara Ermənistan Respublikasının və xalqımızın rifahı naminə səmərəli fəaliyyət arzulayıram”, – deyə Simonyan bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də