"Rospotrebnadzor"un tapşırığı ilə Rusiyanın "Çestnıy znak" dövlət markalama sistemi Ermənistanda istehsal olunmuş 70 min şüşədən çox içməli su və alkoqolsuz içkinin satışını dayandırıb.
Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzindən (QTİM) verilən məlumata görə, bu qərar məhsullara qoyulan məcburi tələblərin pozulması aşkar edildikdən sonra istehlakçıların həyatına və sağlamlığına dəyə biləcək olası zərərin qarşısını almaq məqsədilə qəbul edilib.
Məhdudiyyətlər "BJNI" müalicəvi-süfrə mineral suyunun, "Prosto Azbuka" təbii içməli suyunun (uşaq suları da daxil olmaqla), habelə "DARBAS" "Moxito" qazlı içkisinin müəyyən partiyalarına tətbiq olunub.
QTİM-dən vurğulanıb ki, qadağa yalnız müəyyən tarixlərdə buraxılmış məhsullara şamil edilir və həmin istehsalçıların digər çeşidlərinə aid edilmir.
Bütün zəruri yoxlamalar başa çatana qədər göstərilən partiyaların həm pərakəndə ticarətdə, həm də onlayn mağazalarda satışı qadağan edilib.
Mərkəzdən onu da bildiriblər ki, ölkə üzrə kassa avadanlıqlarına inteqrasiya olunmuş "Çestnıy znak" sistemi qayda pozuntusu olan məhsulların satışını operativ şəkildə bloklamağa imkan verir.


