Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İyulda 8 min hektardan çox ərazi minalardan təmizlənib

İyulda 8 min hektardan çox ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyul ayı ərzində 8012.7 hektar ərazi minalardan təmizlənib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.

Həmin müddətdə 174 tank əleyhinə mina, 614 piyada əleyhinə mina, 2 106 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də