Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Pezeşkian İranın xarici siyasətinin əsas dayağını açıqladı

Pezeşkian İranın xarici siyasətinin əsas dayağını açıqladı

"İmzalanmış memorandum ölkənin gələcək xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edəcək".

Bu sözləri İran Prezidenti Məsud Pezeşkian bildirib.

Onun sözlərinə görə, sənəd Şura üzvlərinin kollektiv müdrikliyinin nəticəsidir və hər kəs tərəfindən dəstəklənir.

Pezeşkian qeyd edib ki, memorandum gələcəkdə İranın xarici əlaqələrinin əsas mərkəzinə çevriləcək. O vurğulayıb ki, Tehran qarşı tərəfin imzaladığı öhdəliklərə əməl etməsinə çalışmalıdır.

İran Prezidenti əlavə edib ki, memorandumun həyata keçirilməsi ölkənin, regionun və İranın müttəfiqlərinin təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də