
SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində məhkəmə hökm çıxarıb.
Həbs edilən şəxslərdən biri “Səs” qəzetinin əməkdaşı, sosioloq kimi tanınan Elçin Bayramlıdır.
Onun barəsində 1 il 6 ay həbs qərarı verilib.
Məlumat üçün bildirək ki, E. Bayramlı son dövrlərdə müxtəlif ictimai-siyasi mövzularda verdiyi qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gəlirdi. O, bir sıra çıxış və müsahibələrində Sovet rejiminin müsbət xüsusiyyətlərini qabardırdı.


