Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qardaş ölkədə terror: 14 ölü var

Qardaş ölkədə terror: 14 ölü var

Pakistanın Hayber-Paxtunxva əyalətindəki polis bölməsi yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb, 20 nəfər isə yaralanıb.

Polis əməkdaşları bölmənin girişində onu saxlamağa və yoxlamağa cəhd etdikdən sonra kamikadze partlayıcı qurğunu işə salıb.

Qeyd olunub ki, partlayış həmin vaxt Svat vadisində terror fəaliyyətinin artmasına qarşı izdihamlı mitinqin keçirildiyi Kabal-Çouk meydanının yaxınlığında baş verib.

Daha əvvəl yeddi nəfərin öldüyü, 18 nəfərin isə xəsarət aldığı bildirilmişdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də