Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabiq nazir Tovuzda dəfn edildi

Sabiq nazir Tovuzda dəfn edildi

Azərbaycanın sabiq kənd təsərrüfatı naziri, Elçibəy hakimiyyətinin tanınmış simalarından olmuş Tofiq Hüseynli – ictimaiyyət arasında daha çox “Qara Tofiq” kimi tanınan dövlət xadimi bu gün doğulduğu Tovuz rayonunda torpağa tapşırılıb.

Vida mərasimi Tovuz rayonunun Qovlar qəsəbəsində keçirilib. Mərhum doğmalarının və rayon sakinlərinin iştirakı ilə son mənzilə yola salınıb.

Qeyd edək ki, Tofiq Hüseynli dünən uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də