Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məleykə Abbaszadədən Bakı Qızlar Universitetinin bağlanmasına MÜNASİBƏT

Məleykə Abbaszadədən Bakı Qızlar Universitetinin bağlanmasına MÜNASİBƏT

“Əgər plan yerləri verilməyibsə, ora qəbul aparılmayacaq”.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, ali təhsil müəssisəsinin bağlanması halında hazırda həmin universitetdə təhsil alan tələbələrin taleyi ilə bağlı müxtəlif təcrübələr mövcuddur:

“Universitetlər bağlananda həmin ali təhsil müəssisəsində oxuyan tələbələr ya təhsillərini orada başa vururlar, ya da digər universitetlərə köçürülürlər. İndiyə qədər belə təcrübələr olub”.

Qeyd edək ki, son günlər Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar abituriyentlər və valideynlər arasında geniş müzakirələrə səbəb olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də