Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məşhur bloqerə cinayət işi açıldı

Ermənistan İstintaq Komitəsi Rusiyadan olan bloqer Nadejda Pirojkova barəsində cinayət işi başladıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bloqer ənənəvi Vardavar bayramı zamanı insanların bir-birini suya tutması adətini sərt tənqid edib.

Pirojkova sosial şəbəkədə paylaşdığı videoda bu ənənəyə etiraz edərək erməniləri "siçovul" adlandırıb. Bundan sonra Ermənistan hüquq-mühafizə orqanları ona qarşı milli nifrətin və düşmənçiliyin açıq şəkildə qızışdırılması maddəsi ilə cinayət işi açıblar. Bloqeri bu ittiham üzrə dörd ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Pirojkova isə baş verənlərin sosial şəbəkələrdəki fəaliyyətinə müsbət təsir etdiyini gizlətməyərək, bu qalmaqalın bloqunun izləyici sayının artmasına kömək etdiyini bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də