Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əri süpürgəçi qadını 8 Martda ona verilən güllərə görə öldürübmüş...

Bakıda 1967-ci il təvəllüdlü arvadı Şəhla Hüseynovanı qətlə yetirən və bu həftə məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən İlham Hüseynovun cinayət əməli ilə bağlı bir sıra maraqlı məqamlar üzə çıxıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, İlham Hüseynov Mənzil Kommunal İstismar Sahəsində süpürgəçi işləyən 59 yaşlı arvadını ona xəyanət etməsindən şübhələndiyi üçün öldürdüyün bildirib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, küçədə tanımadığı şəxslərin süpürgəçi işləyən arvadına pul verməsi onda şübhə yaradıb. Onu bu şübhəyə salan məqamlardan biri də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə küçədə tanımadığı şəxsin həyat yoldaşına gül bağışlaması səbəb olub.

Ancaq sonradan məlum olub ki, həmin gülü qadına süpürgəçilik etdiyi ərazidə gül mağazasının işçiləri bayram münasibətilə verib.

Bu fakt qadının qızı ilə vatsap yazışmasında üzə çıxıb.

Qadın ağlayaraq qızına səsli mesaj göndərib. Səsli mesajda ərinin ona təzyiqlər göstərərək narahat etməsini, yaşlı vaxtında onu qısqanmasını, işə getməyib mütəmadi olaraq onu güdməsini bildirib.

Qadının həmçinin küçədə süpürgəçi işlədiyi üçün yoldan keçən şəxslərin yardım məqsədilə ona pul vermələri səbəbindən ərinin buna qısqanclıqla yanaşdığını, bu səbəbdən iş vaxtı əksər hallarda onun yanında dayandığını, belə olan hallarda küçədən keçən şəxslərin onun yanında kişi olduğunu görüb yaxınlaşmadıqlarını bildirərək ərindən şikayətlənib.

Fəhlə işləyən İlham Hüseynov isə fikrindən daşınmayıb və o, kirayə yaşadığı mənzildə arvadına 10 bıçaq zərbəsi vuraraq, onu həyatdan məhrum edib. Məlum olub ki, İlham Hüseynov hadisədən əvvəl həbsxanada olan oğlanlarının yanına gedərək, onlara darıxmamağı, tezliklə yanlarına gələcəyini bildirib.

Hadisədən sonra bıçaqla birlikdə Bakı şəhəri Yasamal rayonunun 29-cu Polis bölməsinə gedən təqsirləndirilən şəxs, "Bu bıçaq, bu da mən, həyat yoldaşımı öldürmüşəm", deyərək əməlini etiraf edib.

Qeyd edək ki, İlham Hüseynovun hər iki oğlu narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək azadlqıdan məhrum edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də