Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Zirə"-"Payde" matçının biletləri sabah satışa çıxarılacaq

"Zirə"-"Payde" matçının biletləri sabah satışa çıxarılacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Payde" (Estoniya) oyununun biletləri sabah satışa çıxarılacaq.

Bu barədə  klubun mətbuat xidmətindən bildirilib.

Saat 12:00-dan etibarən Sumqayıt şəhər stadionunun kassasında satışda olacaq biletlərin qiymətləri sektorlara əsasən müvafiq olaraq 5 və 10 manat təşkil edir.

Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Tərəflər arasında ötən həftə baş tutan ilk görüşdə rəqib 1:0 hesabı ilə qalib gəlib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də