
Azərbaycanın Xalq artisti Habil Əliyevin adı Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə verilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Mədəniyyət Nazirliyinə və Ağdaş Rayon İcra Hakimiyyətinə bu sənəddən irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.


