Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İşə düzəltmək adı ilə 8 min manatını aldı, özü üçün xərclədi

Bakının Sabunçu rayonunda oğlunu işə düzəltmək istəyən şəxs dələduzluğun qurbanı olub.

Sabirabad rayon sakini, 1988-ci il təvəllüdlü Məhərrəm (ad şərtidir – red.) tanışı Əfsunu (ad şərtidir – red.) aldadıb.

O, Əfsunun oğlu Zahidi şirkətlərdən birində icraçı vəzifəsinə işə düzəldəcəyini vəd edib. Bu məqsədlə aldatma yolu ilə Balaxanı qəsəbəsində yerləşən neft-qazçıxarma sexində Əfsuna məxsus 8 000 manatı, cinayətdən xəbərsiz olan tanışı Əlvanın vasitəsilə alıb.

Bundan sonra Məhərrəm əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib və verdiyi vədə əməl etməyib.

Əfsunun şikayəti əsasında Məhərrəm barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə ifadə verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxslə barışıb, dəymiş ziyanı tam ödəyib və zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbi qalmayıb.

Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsini və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.

Zərərçəkmiş şəxs də məhkəməyə barışıq ərizəsi təqdim edib. O, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının 1.16-cı bəndi tətbiq olunub. Nəticədə Məhərrəm cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.//Demokrat.az


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də