"Fevralda 50 yaşım olacaq. İndiyənə kimi heç kimə pislik etməmişəm. Hamıya yaxşılıq etmişəm. Yıxılan evləri tikmişəm. Evyıxan olmamışam".
RegionTV.info xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" proqramında deyib. Sənətçi pandemiya ərəfəsində qızıllarını satdığını söyləyib:
"Dostlar var zəng edir ki, necəsən? Bir ildir pul qazanmıram, necə olacam? Amma sən qazanırsan, kömək etmirsən. Bəs dost, can deyirsən? Heç kimdən ummuram. Pulum olmayanda da problemi özüm həll edirəm. Pandemiyada evimdən əşyalarımı satmışam. Onu da tək yeməmişəm.
2 ədəd brilyant saatımı satdım. Hərəsinin qiyməti 12 min idi. 24 minə satdım. Gedib onun yarısını da qaziyə verdim. Allah bəndəni darda qoymur, şükür etmək lazımdır".
axsam.az
Xəbəri paylaş