Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan güləşçisi üçüncü oldu

Azərbaycan güləşçisi üçüncü oldu

Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov bürünc medal qazanıb.

48 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Çxikvadzeni 7:1 hesabı ilə məğlub edib.

Bu nəticə ilə Salmanov turnirdə Azərbaycana ilk medalı qazandırıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də