Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Otellərdə qiymət “dodaq uçuqladır” – Bir gecəsi… - SİYAHI

Yay mövsümünün qızğın vaxtı ilə əlaqədar ölkədaxili turizmə maraq xeyli artıb. Xüsusilə, həftəsonları və bayram günlərində Azərbaycanın turizm rayonlarında otellərə tələbat yüksəlir. Bu da qiymətlərə öz təsirini göstərir. Hazırda bəzi otellərdə bir gecəlik qalmaq üçün ödənilən məbləğ 400 manatı ötür. Musavat.com Azərbaycanın bir sıra məşhur rayonlarında 2 nəfər üçün 1 gecəlik otel qiymətlərini araşdırıb:

İsmayıllıda ən bahalı otel “Basqal Resort & Spa”dır. Burada bir gecəlik qalmaq 250-450 AZN arasında dəyişir. Digər otellərdə qiymətlər əsasən 120–220 AZN təşkil edir. Ən münasib qiymət isə “Lakeside Garden” otelindədir-90-150 AZN. Qubada ən yüksək qiymət “Quba Palace Hotel” dədir. Burada bir gecəlik qalmaq üçün 380-420 AZN ödəmək lazımdır. “Macara Lake Park Hotel”də qiymətlər 190-210 AZN arasında dəyişir. Ən sərfəli seçim isə “Cardinal Hotel Quba”dır. Bu hoteldə qiymətlər 85-100 AZN-dir. Qəbələdə də qiymətlər kifayət qədər yüksəkdir. “Qafqaz Riverside Resort Hotel”də gecələmək 320-420 AZN, “Qafqaz Tufandağ Hotel”də isə 300-400 AZN-dir. Daha münasib seçimlərdən biri “Qabala Yeddi Gözəl Hotel” dir. Burada qiymətlər 120-180 AZN arasındadır.

Şəkidə hotellərdə qiymətlər daha geniş aralıqda dəyişir. “Marxal Resort & Spa”da bir gecəlik qalmaq 260-360 AZN-ə başa gəlir. “Karvansaray”da qiymətlər 80–120 AZN, “Macara Sheki City Hotel”də 120-170 AZN, “Sheki Palace Hotel” və “Sheki Saray Hotel”də isə 100-140 AZN arasında dəyişir. Şamaxıda ən yüksək qiymət “Shamakhi Palace Sharadil” hotelindədir. Burada gecələmək 260-380 AZN-dir. “Shamakhy Sport Villas” da qiymətlər 150-250 AZN, “Sakit Göl”də 180–280 AZN, “Shirvan Grand Hotel”də isə 120-180 AZN-dir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də