
RegionTV.info haberler-ə istinadla bildirir ki, Türkiyənin Konya şəhərinin Meram qəsəbəsindəki 5 mərtəbəli binanın ən yuxarı mərtəbəsindəki mənzildə yanğın baş verib.
Həmin mənzildə yaşayan, tibb bacısı olduğu deyilən Sevim Kayhan hadisə yerindəcə ölüb. Bunu görən 6 yaşlı qız özünü eyvandan atıb. Azyaşlının da həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, onlar yanğın baş verən evə 1 ay əvvəl köçmüşdülər.