Yaponiyanın Kumamoto prefekturasında 7,1 bal gücündə güclü zəlzələ baş verib.
Bu barədə iyulun 28-də Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Yeraltı təkanlardan sonra regionda sunami təhlükəsi elan olunub.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin ocağı Kumamoto prefekturasının eyniadlı ərazisində, təxminən 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə hələlik dəqiq məlumat verilmir.


