Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əş-Şaraa: İsrailin bölgə ilə bağlı planları var 

Əş-Şaraa: İsrailin bölgə ilə bağlı planları var 

Suriyanın Prezidenti Əhməd əş-Şaraa İsrailin regionda ambisiyalarının olduğunu bildirib və Dəməşqin bunu nəzərə aldığını deyib.

Aş-Şaraa bu barədə çıxışı zamanı danışıb.

O, bildirib ki, bir qrup ölkənin iştirakı ilə təhlükəsizlik sahəsində razılaşma əldə etmək üçün səylər göstərilir. Məqsəd İsrailə təzyiq edərək onu Suriya və digər məsələlərdə daha balanslı siyasət yürütməyə təşviq etməkdir.

Əş-Şaraanın sözlərinə görə, Suriya mənasız münaqişələrə qoşulmaq niyyətində deyil.

“Biz son 80 il ərzində çoxsaylı siyasi səhvlərlə müşayiət olunan tarixi irsin davamçısı olmaq istəmirik. Eyni üsulları təkrarlayıb eyni uğursuz nəticələri əldə etmək niyyətində deyilik”, – deyə Suriya Prezidenti vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də