Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Professor Buludxan Xəlilov yad olunur

Professor Buludxan Xəlilov yad olunur

25 iyul 2026-cı il tarixində Milli Kitabxanada görkəmli dilçi alim, professor Buludxan Xəlilovun anadan olmasının 60 illik yubileyinə həsr olunmuş  “Professor Buludxan Xəlilov - 60” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun həyat və yaradıcılığı haqqında, ön söz, redaktoru və rəyçi olduğu monoqrafiya dərslik və dərs vəsaiti haqqında kitablar dövri mətbuatda çıxan məqalələri nümayiş olunur.

Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Ağbaba mahalının Ellərkənd kəndində anadan olub. Burada (1983-1990)  kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlayıb. 1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə edib.

Buludxan Xəlilovun elmi fəaliyyəti çoxsahəli, geniş və əhatəlidir. Onun 400-dən çox elmi, elmi-publisistik əsəri çap edilib. Bunlardan 45-i monoqrafiya, dərslik və dərs vəsaitidir.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyindəki İrs komissiyasının üzvü idi. 2003-2004-cü illərdə Ali Attestasiya Komissiyasının Filologiya ixtisası üzrə Ekspert şurasının üzvü olub. Buludxan Xəlilov "Filologiya məsələlərinə dair tematik toplu"nun redaktoru idi.

O, “Əməkdar müəllim” fəxri adı ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və bir sıra digər fəxri fərmanlar ilə (1973, 2008) təltif edilib, həmçinin dəfələrlə ADPU-nun rəhbərliyinin fəxri fərmanlarına layiq görülüb.

 2006-cı ildə Azərbaycanda təhsil sisteminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub. 
B.Xəlilov 2021-ci ildə vəfat edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də