Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Başsağlığında deyilir: "Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Tank rayonunda təhlükəsizlik qüvvələrinin postuna partlayıcı ilə yüklənmiş avtomobillə edilən hücum nəticəsində 12-si hərbçi olmaqla ümumilikdə 14 nəfərin həlak olması və 24 nəfərin yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.

Baş vermiş partlayış hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralananlara isə tezliklə sağalmaları üçün Allahdan şəfa diləyirəm. Allah rəhmət eləsin.”


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də