Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qardaş ölkədə terror oldu, ölənlər var

Qardaş ölkədə terror oldu, ölənlər var

Pakistanın Tank şəhərində (Xayber-Paxtunxva əyaləti) törədilmiş terror aktı nəticəsində 15 nəfər həlak olub, onlardan 14-ü təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.

Bu barədə Pakistan ordusunun mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidmətinin məlumatına görə, blokposta hücum cümə günü səhər saatlarında baş verib. Hücumu "Təhrik-i-Taliban Pakistan" (TTP) kimi də tanınan "Fitnə əl-Xəvaric" qruplaşmasının yaraqlıları həyata keçirib.

"Hücum edənlər blokpostun müdafiəsini yarmağa cəhd ediblər, lakin onların niyyətləri boşa çıxıb. Partlayış nəticəsində infrastruktura ciddi ziyan dəyib. Nəticədə 12 hərbçi, 2 polis və 1 dövlət qulluqçusu da daxil olmaqla 15 nəfər həlak olub", - bəyanatda qeyd edilir.

Döyüş zamanı 12 yaraqlı öldürülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də