
Milli Mətbuat Günü münasibətilə tanınmış iş adamı və xeyriyyəçi Vüsal Əlibəyli yerli media mənsubları üçün gözəl təşəbbüsə imza atıb. O, yerli media nümayəndələrini Azərbaycanın təmiz havası və ecazkar təbiəti ilə seçilən Ağcakəndə yerləşən istirahət güşələrindən birində qonaq edib.
Sərin təbiət qoynunda təşkil olunan bu görüş jurnalistlərə bayram ovqatı bəxş etməklə yanaşı, yerli mətbəxin ləzzətlərini dadmaq və iş stressindən uzaqlaşaraq istirahət etmək üçün gözəl fürsət yaradıb. Bu diqqətə və dəstəyə görə media mənsubları tərəfindən Vüsal Əlibəyliyə dərin təşəkkürlər ifadə olunub.

Əsl Xeyriyyəçi və Cəmiyyət Dəstəkçisi..

Əsasən Mingəçevir şəhərində və bölgələrdə fəaliyyət göstərən uğurlu iş adamı və sahibkar Vüsal Əlibəyli yalnız biznes sahəsindəki uğurları ilə deyil, həm də genişmiqyaslı xeyirxahlıq missiyası ilə tanınır. O, hər zaman cəmiyyətin həssas təbəqələrinin yanında olaraq fəal sosial mövqe nümayiş etdirir:
44 günlük Vətən müharibəsi dövründə və sonrakı illərdə hər zaman qəhrəmanlarımızın ailələrinin və döyüşçülərin dəstəkçisi olmuşdur.
Jurnalistlərə göstərdiyi bu diqqət onun mətbuata və azad sözə olan yüksək dəyərinin bariz nümunəsidir.
Yerli əhaliyə mütəmadi sosial dəstək göstərən Vüsal Əlibəyli, həmçinin əlamətdar tarixlərdə (27 sentyabr, 8 noyabr və s.) Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ehsan süfrələri açaraq vəfa borcunu yerinə yetirir.
Vüsal Əlibəylinin həyata keçirdiyi bu cür nəcib təşəbbüslər cəmiyyətdə həmrəyliyin, xeyirxahlığın və dövlətə, xalqa sədaqətin gözəl örnəyidir.
Esmira Hidayətova, Mingəçevir


