Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Binədə iki avtobus toqquşdu - 20-dən çox yaralı var

Binədə iki avtobus toqquşdu - 20-dən çox yaralı var

Xəzər rayonu Binə qəsəbəsində iki avtobus toqquşub.

160 nömrəli xətt üzrə hərəkət edən "İSUZU" markalı avtobusla qəsəbə ərazində "Hyundai" markalı avtobus toqquşub.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, qəza nəticəsində 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü qadının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator m


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də