Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cəlilabadda 21 yaşlı gənc hovuzda BOĞULDU

Cəlilabadda 21 yaşlı gənc hovuzda BOĞULDU

Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub.

Hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib. Rayon sakini olan 2005-ci il təvəllüdlü Kənan Mahmudlu sərinləmək məqsədilə suvarma hovuzuna girib və suda batıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarışlar zamanı 21 yaşlı oğlanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də