Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Trampın xanımı bu jurnalistdən 1 milyard təzminat TƏLƏB EDİR

Trampın xanımı bu jurnalistdən 1 milyard təzminat TƏLƏB EDİR

ABŞ-ın birinci xanımı Melaniya Tramp jurnalist və yazıçı Maykl Volfun məhkəmə prosesindən sui-istifadə etdiyini bildirərək onun cəzalandırılması üçün Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsinə müraciət edib.

26 səhifəlik hüquqi vəsatətdə Melaniya Trampın vəkilləri "Od və Qəzəb" ("Fire and Fury") kitabının müəllifi olan Volfun birinci xanımın çəkdiyi bütün məhkəmə və hüquqi müdafiə xərclərini ödəməsini tələb ediblər.

Mübahisə Melaniya Trampın vəkili Alexandro Britonun Maykl Volfa məktub göndərərək ondan birinci xanımı cinsi istismar cinayətlərinə görə məhkum olunmuş Ceffri Epşteynlə əlaqələndirən açıqlamalarını geri götürməsini tələb etməsindən sonra başlayıb. Məktubda əks halda jurnalistə qarşı 1 milyard dollarlıq böhtan iddiası qaldırılacağı bildirilib.

Bunun əvəzinə Maykl Volf ötən ilin oktyabrında Melaniya Trampa qarşı məhkəməyə müraciət edərək, mümkün böhtan iddiası qaldırılacağı təqdirdə əvvəlcədən özünün haqlı olduğunun tanınmasını istəyib.

Melaniya Trampın hüquq komandası iddia edir ki, jurnalist məhkəmə prosesini siyasi şouya çevirib, onu mediada geniş şəkildə reklam edib və bu kampaniya vasitəsilə 836 min dollardan çox vəsait toplayıb.

Bu ilin mayında Manhetten Federal Məhkəməsinin hakimi Meri Key Vıskotsil jurnalist Maykl Volfun iddiasını tamamilə rədd edib. Hakim qərarında bildirib ki, federal məhkəmələr hipotetik gələcək iddialar üzrə əvvəlcədən qərar vermir və jurnalistin hüquqi arqumentlərini "demək olar ki, tanınmaz dərəcədə təhrif olunmuş" adlandırıb.

İndi Melaniya Trampın vəkilləri hesab edir ki, Volf və onun hüquq müdafiəçiləri məhkəmə prosesindən sui-istifadəyə görə sanksiyaya məruz qalmalıdırlar.

Melaniya Tramp Ceffri Epşteynlə hər hansı əlaqəsinin olduğunu qəti şəkildə inkar edir. Bildirilir ki, o, daha əvvəl oxşar ittihamlarla bağlı "Daily Beast" nəşrindən də rəsmi üzr və təkzib əldə edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də