Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran, İsrail, Rusiya, Ukrayna... – Azərbaycana bu ölkələrdən nə qədər turist gəlib?

İran, İsrail, Rusiya, Ukrayna... – Azərbaycana bu ölkələrdən nə qədər turist gəlib?

2026-cı ilin ilk yarısında münaqişə və geosiyasi gərginliyin davam etdiyi ölkələrdən də Azərbaycana gələn turistlər olub. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycana gələn 1 milyon 92,6 min əcnəbinin əhəmiyyətli hissəsini regionda münaqişə və ya hərbi-siyasi gərginlik yaşayan ölkələrin vətəndaşları təşkil edib.

Statistikaya əsasən, ölkəyə gələnlərin 28,1 faizi Rusiya, 8,2 faizi İran, 2,6 faizi İsrail, 1,6 faizi isə Ukrayna vətəndaşları olub.

Bundan başqa, 2,9 faiz Pakistan, 2,4 faiz Çin, 1,8 faiz Səudiyyə Ərəbistanı vətəndaşlarının payına düşüb.

Ümumilikdə, 2026-cı ilin ilk altı ayında Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 92,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də