Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran ABŞ-ın İordaniyadakı radarlarını vurdu

İran ABŞ-ın İordaniyadakı radarlarını vurdu

İran Silahlı Qüvvələri ABŞ-ın İordaniyadakı hərbi bazasına endirilən zərbələr nəticəsində THAAD raketdən müdafiə kompleksinin radarı, Patriot hava hücumundan müdafiə sistemi və digər hərbi obyektlərin məhv edildiyini bəyan edib.

 İranın dövlət teleradio şirkəti IRIB-in məlumatına görə, hücum zamanı THAAD radarından əlavə, C-RAM radarı, yanacaq anbarları, helikopter avadanlıqlarının saxlanıldığı iri anbar və helikopterlərin təmir-texniki xidmət anqarı da vurulub.

Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın Küveytdə yerləşən ABŞ hərbi obyektlərinə də silsilə zərbələr endirdiyini açıqlamışdı. Bildirilirdi ki, hücumlar zamanı Əli əs-Salem aviabazasındakı hərbi texnika anbarı, Patriot HHM sistemi və MQ-9 pilotsuz uçuş aparatlarının saxlanıldığı anqar hədəfə alınıb.

Məlumata əsasən, ABŞ hərbçilərinin yerləşdiyi Əl-Ədiri kazarması və iki helikopter anqarı da vurulub. Hücum nəticəsində ölən və yaralananların olduğu, bir neçə helikopter və pilotsuz uçuş aparatının zədələndiyi, həmçinin ABŞ ordusunun hərbi məqsədlər üçün istifadə etdiyi telekommunikasiya qülləsinin sıradan çıxarıldığı iddia edilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 8-də iyunun 18-nə keçən gecə İranla əldə edilmiş atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib. Bundan sonra ABŞ hərbçiləri iyulun 8-dən etibarən İrana qarşı silsilə hücumlara başlayıb.

ABŞ Mərkəzi Komandanlığı əməliyyatların İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq başladıldığını bildirir. İran isə cavab olaraq Yaxın Şərqin müxtəlif ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirir və Vaşinqtonu atəşkəs memorandumu pozmaqda ittiham edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də