Son günlər bəzi iqtisadçı ekspertlər və mütəxəssislər aprel-may aylarında dolların bahalaşacağı ilə bağlı iddialar səsləndirirlər. Apreldə Azərbaycanda devalvasiya olacaqmı?
RegionTV.info xəbər verir ki, Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, devalvasiya üçün Azərbaycanda çağrışlar çoxdan formalaşıb:
"Dövlət bu prosesi mövcud resurslarla tənzimləməyə çalışır. İlin birinci yarısında devalvasiya gözlənilmir. Bu büdcə sənədinin açıqlamasından aydın görünür. Bundan əlavə neftin qiymətində pozitiv dinamika davam edir. Belə ki, Azərbaycan höküməti nefti büdcədə nəzərdə tutduğundan 30-35 faiz baha sata bilir. Eyni zamanda hökumət yaxşı başa düşür ki,əslində manatın məzənnəsinin zəiflədilməsi iqtisadiyyata ciddi nəsə verməyəcək.Çünki faktiki olaraq burdan yararlanmaq üçün iqtisadiyyat yoxdur. Əvəzində sosial problemlər daha da dərinləşəcəkdir. Orta uzun müddətli dövrdə biznesin, vətəndaşın və dövlət qurumlarının devalvasiyadan yarana biləcək zərərin böyük hissəsini dövlət öz üzərinə götürür. Düşünürəm ki, dünya bazarında neftin qiymətində ciddi dəyişiliklər olmasa, il ərzində hökumət çalışacaq ki, dolların məzənnəsini sabit saxlasın".
Xəbəri paylaş