Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çexiya sərhədlərini bağladı

Çexiya hökuməti koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən şənbə günündən bütün xarici dövlətlərin vətəndaşları üçün respublikanın sərhədlərini bağlamaq qərarına gəlib. Onlar ölkəyə yalnız son zərurət yarandıqda daxil ola biləcəklər.
RegionTV.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Çexiya radiosu xəbər verib.
Giriş Çexiyada təhsil alan, işləyən və ya respublikada yaşamaq üçün icazəsi olan əcnəbilərə icazə veriləcək. Yaxın qohumlara baş çəkmək, tibbi yardım almaq, həmçinin toy və ya dəfn mərasimlərində iştirak etmək məqsədilə səfərlər istisna təşkil edir. İstisna əhalinin təchizatı məqsədi ilə yüklərin daşınmasını təmin edən böyük yük avtomobillərinin sürücülərinə də şamil edilir.
Bu tədbir fevralın 15-dək davam edəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də