
Pakistanda son 24 saat ərzində leysan yağışlarının törətdiyi hadisələr nəticəsində azı 9 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
Bu barədə Sinxua agentliyi məlumat yayıb.
Məlumata görə, iyunun 26-dan ölkədə davam edən musson yağışları nəticəsində ölənlərin ümumi sayı 47 nəfərə çatıb.
Yağış mövsümünün əvvəlindən indiyədək 123 nəfər xəsarət alıb, 178 yaşayış evi isə zədələnib.


