Tanınmış tədqiqatçı və jurnalist Aytən Rəhimli Sumqayıt Dövlət Universitetinin (SDU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Aytən Rəhimli uzun illər media sahəsində fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə "Yeni Azərbaycan" qəzetində və "Yeni Azərbaycan" internet televiziyasında çalışıb.
Jurnalistika fəaliyyəti ilə yanaşı, Aytən Rəhimli elmi istiqamətdə də fəaliyyət göstərib. O, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda çalışaraq elmi-tədqiqat işləri ilə məşğul olub.


