
RegionTV.info "BAKU.WS"-ə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə açıqlamasında karantin rejiminin yumşaldılmasının kirayə mənzil bazarında qiymətlərə təsirindən danışıb. Onun sözlərinə görə, hazırkı yumşalmalar nəticəsində Bakıda kirayə mənzil bazarında aktivliyin artacağını söyləmək doğru olmaz.
Onun sözlərinə görə, hələ ki, yumşalmaların kirayə mənzil bazarına təsiri hiss olunmur. Ekspert vurğulayıb ki, kirayə mənzil bazarında əsas tələb portfelini formalaşdıran tələbələr, iş üçün Bakıya gələnlər və turistlərdir:
“Hələ ki, bu istiqamətlərdə yumşalmalar olmadığına görə, kirayə mənzil bazarında qiymətlərə təsirdən danışmaq tezdir”.