Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Keniya Prezidentinin saytı bərpa edildi

Keniya Prezidentinin saytı bərpa edildi

Keniya Prezidenti Uilyam Rutonun rəsmi internet saytı ötən gün baş vermiş haker hücumundan sonra yenidən işə düşüb.

KİV-ə istinadən xəbər verir ki, hazırda dövlət başçısının rəsmi platforması aktivdir və orada administrasiyanın materialları yerləşdirilib.

Qeyd edək ki, iyulun 18-də kibercinayətkarlar sayta daxil olaraq onun ana səhifəsinə prezidentə ünvanlanmış mesajlar yerləşdirmişdilər.

Hakerlər 5 bitkoin (təxminən 320 min dollar) məbləğində fidyə tələb etmiş və imtina ediləcəyi təqdirdə bəzi məlumatları yayacaqları ilə hədələmişdilər. Lakin hücum anından bəri heç bir gizli məlumat ifşa olunmayıb.

Keniya hakimiyyəti hadisəni təsdiqləyərək araşdırma aparılması üçün sayta girişi müvəqqəti məhdudlaşdırmışdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də