
İraq hökuməti ABŞ-nin "Starlink" şirkəti ilə ölkə ərazisində peyk interneti xidmətinin göstərilməsinə dair rəsmi saziş imzalayıb.
Bu barədə İraq Dövlət Media və Rabitə Komissiyasının İcraiyyə Şurasının rəhbəri Baliğ Əbu Kəlal açıqlama verib.
Onun sözlərinə görə, bu gün imzalanan lisenziya Starlink şirkətinə İraqda fəaliyyət göstərmək imkanı yaradacaq və ölkə vətəndaşlarını təhlükəsiz, yüksək keyfiyyətli internet xidməti ilə təmin edəcək.
Baliğ Əbu Kəlal bildirib ki, xidmətə qoşulma xərcləri bütün vətəndaşlar üçün əlçatan olacaq.
O əlavə edib ki, "Starlink" şirkətinə lisenziyanın verilməsi İraqda internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.


