
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İran hakimiyyətinin dəyişdirilməsinin İran xalqının qərarı olduğunu bildirib.
Vens bununla bağlı açıqlamasında ABŞ-ın rejim dəyişikliyi üçün İrana quru qoşun göndərmək niyyətində olmadığını vurğulayıb.
“Əgər İran xalqı ayağa qalxıb hökumətini dəyişmək istəsə, bu onların işidir. Lakin yerli əhali bunu istəmədiyi halda, rejim dəyişikliyi naminə 150 min quru qoşunu göndərməyəcəyik”, - deyə o bildirib.
Vitse-prezident qeyd edib ki, hazırda ABŞ-ın İrana qoşun göndərmək planı yoxdur və belə bir təklif əslində Amerika hərbçilərinin İran xalqının görməli olduğu işi yerinə yetirməsi anlamına gələrdi.
“Biz artıq belə işlərlə məşğul olmuruq. Sadəcə, bunu etmirik”, - deyə Vens əlavə edib.


