Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzləri olacaq

Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzləri olacaq

Azad olunmuş ərazilərdə - Ağdam, Cəbrayıl və Laçında növbəti "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır.

Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "Baku TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Şuşada artıq iki ildir "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir:

"Ağdam, Cəbrayıl və Laçında da xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bunlar regional mərkəzlər olacaq və ətraf rayonlara da xidmət göstərəcəklər".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də