Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əziz Daşkəsən rayon sakinləri və rayonumuzun qonaqları!

 

Sizi 18 iyul 2026-cı il tarixdə, saat 16:00-da Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində keçiriləcək "Daşkəsən Aqroturizm Festivalı"na dəvət edirik!

Festivalda sizi bir-birindən maraqlı və rəngarəng tədbirlər gözləyir:

-Təbii və ekoloji təmiz yerli kənd təsərrüfatı məhsullarının sərgi və   satışı;
-Azərbaycan milli mətbəxinin ləziz təamlarının nümayişi və satışı;
-Əl işləri və sənətkarlıq nümunələrinin nümayişi və satış;
-Uşaqlar üçün əyləncəli proqramlar və oyunlar;
-Maraqlı idman yarışları;
-Möhtəşəm konsert proqramı və musiqili əyləncə.

Bu festival Daşkəsənin zəngin təbiətini, zəhmətkeş insanlarını və milli dəyərlərimizi daha yaxından tanımaq üçün gözəl fürsətdir. Ailəniz və dostlarınızla birlikdə xoş və yaddaqalan bir gün keçirmək üçün Siz də bizə qoşulun!

Tarix: 18 iyul 2026
Saat: 16:00
Məkan: Daşkəsən rayonu, Xoşbulaq kəndi, Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də